19 Şubat 2013 Salı

Azadlığımız..


Doğulduq. Biraz böyüdük. Sonra biraz daha.
Sonra bizdə bir şey formalaşmağa başladı
"Azad olmaq istəyi!"
hər şeydə azadlıq axtardıq.
azadlıq nədir bilmədən.
bəlkə sadəcə fərqli görünmək idi məqsədimiz.
məktəbdə; müəllimlərə həmişə qarşı çıxdıq
çünki bizi məhdudlaşdırırdılar
amma biz sərbəst, azad olmaq istəyirdik.
ailədə; ataya, anaya qarşı olduq zaman-zaman
qanaqları kəsilmiş mələklər kimi olduq. Hər şeyimiz, standartlaşdırırldı
qəlibləşdirildi. dözə bilmirdik
azad olmaq istəyirdik.
cəmiyyətdə; xalqı sömürən hakimlərə hər zaman qarşı çıxdıq
bunda sonuna qədər haqlıydıq.
riyakarlığa üsyan etdik. İnsanları bərabər hüquqlu yaşa bilməyən "dövlətə" üsyan etdik, azadlıq istədik.

vaxt keçdi başqa şeydə istədik azadlığı
sonra bir başqasında. belə belə davam elədi.
amma bilmədik ki,
əsl azadlığımız
bizə, öldüyümüzdə verilir.


20.02.2013

16 Şubat 2013 Cumartesi

Olmayan..


Bu gecə sərxoş oldum, sevgili. Ad günü zad bəhanə. Ayıqlığımı unutmaq üçün sərxoş oldum. Biraz da olsa özüm olmaq üçün. Səni daha çox sevmək üçün. Səni yanımda istəməyə daha çox cəsarətli olmaq üçün. Sənin başını ağrıtmaq üçün. "Cavid, sərxoş olmusan!" sözünü eşitmək üçün. Hə, bu gecə sərxoş olmuşam. Amma heç bu qədər ayıq olmamışdım. Bu gecə səni çox istədim, sevgili. Yanımda. Özümdə. Varlığımda. Hardasan, sevgili?!
Təsəvvür edirəm. Bunları yazdığımı hiss edib, yanımda peyda olursan. Necə gözəl olardı! Yenə o dəliedici baxışlarını üzərimdə hiss edərdim. Yoxluğun varlığınla əvəz olunardı. Mən də özümdən çox səndə olardım.
Sevişərdik, sevgili! Sevişmək dedim, səhv anlama. Qəlblərimiz sevişərdi. Sən məni sevərdin. Mən səni sevərdim.
Ya da səhv anla. Qəlblərimizlə bərabər bədənlərimiz də sevişərdi. Sevişmək deyilən şey bizim yanımızda anlamını itirərdi. Bir-birimizdə əriyərdik, sevgili. Əriməyimiz yeni bir "biz" yaradardı. Həqiqi biz.
Sonra gedərdin, sevgili. Heç gəlmədiyin kimi gedərdin.. Mən yenə olmayan birinə yazdım. Və o olmayan biri də bunları oxudu, zövq aldı..

25.01.2013

13 Şubat 2013 Çarşamba

Xanım


Görürəm sizə çox şeirlər yazırlar, xanım.
Biri yazır ki,
"Ürəyim ağrayır xanım"
Sonra; "olar saçınıza toxunum?
biraz gözlərinə baxım" və s.
Siyahı çox uzana bilərdi, xanım.
Özüm də əlavələr edərdim bəlkə.
Amma yox, xanım. Mən sizə sizi yazmaq istəmirəm.
Mən sizi yaşamaq istəyirəm.
Varlığınızı toxunuşlarımla hiss etmək istəyirəm.
Yumşaq üzünüz qabaqlı əllərimə məlhəm olsun istəyirəm.
Üzümün saçlarınız arasında qeyb olmasını istəyirəm
Saçlarınızın qoxusunda boğulmaq istəyirəm.
Başınızı sinəmin üstündə görmək istəyirəm.
Ürək döyüntülərimi hiss etmənizi istəyirəm.
Öpüşü dodaqlarınızda dadmaq istəyirəm
Öpüşlərinizlə sərxoş olmaq istəyirəm.
Gözlərinizə baxmaqdan doymamaq istəyirəm.
Xanım, mən sizi yaşamaq istəyirəm.

10 Şubat 2013 Pazar

Rəssam qız..


Bir şəkil çək, rəssam qız.
Sevgi'ni göstər orda
sənə olan sevgimi
mənə olan sevgisizliyini.
Ya da bizi keç
orda sevgizsizlik olacaqsa
çəkmə heç.


Bir şeir yaz, şair.
o rəssam qızı
heç kimə demədiyi sevgisini yaz.
onda olanın ən gözəl sevgi olduğunu yaz.
elə yaz ki, sevgi dedikdə o qız yada düşsün.
yaza bilməsən, şair
cəsədin yazdığın sətirlərdə çürüsün.

9 Şubat 2013 Cumartesi

Sən olmaq..


Adamın bəzən Sən olmağı gəlir. Nə bilim belə qəliz bir şeydi. Onda çox sevilmək nədir bilərəm. Səndə sevgi var mı, yox mu bilərəm.
Bəzən kitab olmağım gəlir. Sənin əlində oxunmaq. Səhifələrimin sənin əllərinlə sehirlənməsi.
Film. Düşün bir, iki saata qədər dayanmadan mənə baxacaqsan. O gözlərinlə. Baxmağa qıymadığım gözlərin. Dərinliyində boğulduğum dəniz gözlərin.
Mahnı. "Playlist"ində ən çox qulaq asdığın mahnı olardım. Gününün çoxunu məni dinləməklə keçirərdin. Bəzəndə mahnıda mənimlə bərabər oxuyardın. Gecələrdə məni dinləyərək yuxuya gedərdin.
Rəsm çəkə bilirsən?! Fırçaların olardım onda. Rənglər. Gözəl rəsmlərini mənimlə yaradardın.
İçdiyim içkilər olmağım gəlir bəzən. Sən'i daha da, artıqlamasıyla xatırladan şey.

Sən olmaq istəyirəm, bəzən.. çox vaxt.. hər zaman..

6 Şubat 2013 Çarşamba

Yenə Sən..


Görəsən niyə sənə bir şeylər yazmaq gərəyi duyuram? Əslində səbəbi məlumdu: Sən. Amma səbəb olmaya da bilər. Sadəcə istək. Bəzən düşünmədən edə bilmirəm. Görəsən biz heç tanışmasaydıq. Yox, bu ehtimalı heç düşünmək istəmirəm.
Yenə tanışardıq.
Başqa zamanda,
başqa yerdə, ölkədə,
başqa şəraitdə,
başqa dünyada,
başqa bədənlərdə,
başqa yaş dövründə
və başqa başqalarda..
Görəsən necə olardı.?!
Əminəm, sən yenə gözəl olardın.
Həmin gözlər,
həmin saçlar,
həmin gülüşün,
həmin üz cizgiləri,
sərxoşedici qoxun,
həmin xəyalların, məqsədlərin,
həmin sevgi dolu ürəyin olardı.
Həmin .... (filankəs) olardın.
Və mən yenə səni tanıyardım.
Eyni buludları sevərdik.
Eyni gecəni.
Eyni ay'ı.
Eyni yağışı.
Eyni islanmağı, islanmaqdan həzz almağı sevərdik.
Mən indi olduğum kimi olardım.
Sənli olardım.
Səni çox istəyərdim.
Səni hiss etmək istəyərdim, hiss edərdim.
Səni kəşf etmək istəyərdim.
Kəşf edərkən səndə qeyb olardım.
Sehirbaz'lığının şahidi olardım.
Yenə oxuduğum kitabları sənə danışardım, sən də həvəslə dinləyərdin.
Bir Gün yenə görüşərdik. Və mən yenə sənə toxunmağa qıymazdım. Yenə görüşmək istəyərdim. Hər gün daha da sənli olardım. Sonra bir gün yenə sən bir başqasına qarşı qəribə hisslər duyardın.
Mən bunu normal qaşılayardım.
Sənə kömək etmək istəyərdim.
Özümcə məsləhətlərimi verərdim.
Hər zaman sənin yanında olacağımı bilməyini istəyərdim.
Sevincinə, dərdinə şərik olardım.
Səni xoşbəxt görmək istəyərdim.
Əsası, səni daima görmək istəyərdim..
Sonra bir gün mən ölərdim.
Sonra da Sən.
Ya da əksinə;
Sən sonra Mən.
Və yenə dünyaya gələrdik.
Və yenə biz, "biz" olardıq..


(15.12.2012 04:58)

5 Şubat 2013 Salı

Ken Grimwood - Zaman Çarkı


"Sonsuza dek yaşamak, hiç yaşlanmamak; ödül mü, yoksa ceza mı?

Ken Grimwood | Zaman Çarkı (orijinal adı "Elise")...

Ya sizi bekleyen bir son olmasaydı... Həqiqətən, dostlar belə bir şey olsaydı nə edərdiniz?!
Yenə Ken Grimwood və yenə başdöndürücü bir əsər. Yazardan oxuduğum ikinci əsərdir və gözlədiyim zövqü aldım. Yazar bu dəfə də gerçəklərə meydan oxuyan bir hekayə ilə qarşımıza çıxır. Belə ki..
Qəhrəmanımız 1683-cü ilin 27 İyununda, Versailles Sarayı'nda, 14-cü Luis'in hökm etdiyi bir dövrdə həyata gözlərini, əbədiyyən yummamaq üzrə açar. Elise (ilk adı Christine Françoise) tibbi bir mözücə nəticəsində əbədiyyən gənc qalacaq. Müəyyən bir yaşına qədər heçnə qeyri-adi görünmür. Lakin bir şey var ki, bu uşaq heç xəstələnmir. O vaxtda hər tərəfə yayılmış xəstəlik belə bundan yan keçir. Bununla qalmır. Bədəndəki yaralar belə çox keçmədən sağalır. Qız hərdən özünə bunlar barədə suallar versə də çox üzərində dayanmırdı.
Artıq 40 yaşına qədər gəlmişdi və heç bir dəyişiklik yox idi. Nə gözəlliyində nə də sağlamlığında. 40, 50 oldu. 50, 60. Yenə bir dəyişiklik yox idi. Həyatındaki insanlar bir-bir silinirdi. Ərləri, sevgililəri, ailəsi və dostları yaşayıb ölürdü amma o həmişə eyni qalırdı. Dünyaya gəlməmişdən əvvəl atası dəhşətli şəkildə, acılar içində, bədəni qanqrena olaraq ölmüşdü. O zamanlar anası hamilə idi. Uşaq dünyaya gəldikdə isə anasını, atasının öldürməklə suçlayaraq saraydan sürgün edilər. Aradan illər keçər anası bunu axtarıb tapar. Ancaq o heç otağından çıxmırdı. İnsanların onu bu "vəziyyətdə" görmələrini istəmirdi. Evində qulluqçular belə onun üzünü görmürdü. Yalnızca özünə yaxın bildiyi bir xidmətçisi var idi - Anna. Qızın anası onun yanına gələndə qız yenə üzünü gizlətməyə məcbur qaldı. Ancaq anası bir şəkildə üzünü gördü.. Və orda olanları bilmək istəməzsiniz. Bir düşünün; ananız sizə inanmasa, sizi - qızını öldürüb yerinə keçməklə günahlandırsa nə edərsiniz?! Onun hiss etdiklərini oxumadan bilə bilməzsiniz..

Aradan yenə illər keçər.. Elise həmişə yer dəyişmək məcburiyyətindir. Bir yerdə uzunca müddət qala bilmir..
İl olmuş 1973.. Bəli qızın artıq 290 yaşı var. Yenə heç bir dəyişiklik yoxdur.. Bu ildə, ilk dəfə birlikdə olduğu oğlana - Patrick - hər şeyini danışmağı qərar verər. Oğlan ilk başqa inanmır. Amma sonra qız elə bir şey edər ki...

Mətbəxdən bir bıçaq götürər, biləyini dərin kəsər.. Oğlan telefona cumar 911'ə zəng üçün. Amma görər ki, qız telefon şunurunu kəsib. Və başqa bir şey daha görər.. Qızın biləyindəki kəsik heç yoxmuş kimi sağalıb. Sanki heç kəsilməyib. O gecə oğlana bütün hekayəsini danışar.

1980-ci ildə isə artıq bir professor ilə görüşmələr edirlər. Qız öz qanının başqa ad altında analiz edilməsini istəyər.. Nəticə isə gözlənilməz. Qızın bədənindəki hüceyrələr normal olandan 2 qat güclü sürətdə çoxalır. Biri məhv olan kimi çox keçmədən onun oxşarı əmələ gəlir. Xəstələnməməsiniz səbəbi budur.. Ölməməsi isə..
Deməli, anasını qızına hamilə qaldığı gecə atası başqa bir yerdən gəlmişdi. O gəldiyi yerdə isə yediyi bir şeydə virus, xəstəlik (çavdar mahmuzu hastalığı*) var idi. O xəstəlik atasını öldürən, qızına isə sonsuz həyat bəxş edən xəstəlik oldu..
İl, 1986. Yenə qızın həyatından bir sevdiyi, Patrick gedər. O intihar etmişdi..
Qız isə..
Hər dəfə yer dəyişməklə yeni günlərə oyanırdı. Çünki o sonsuz bir gələcək yaşamaq məcburiyyətində idi...

Qeyd: Bilirəm, dostlar, uzun yazdım. Amma hələ bu azaltdığım idi. ;)
Yazar yenə məni özünə heyran elədi. İstər yazı üslubu ilə istər hadisələri anladış tərzi ilə və başqa çoxlu şeylər..