22 Mayıs 2013 Çarşamba

Bir günlük..


Ölmək ehtiyacı..

ölməyə ehtiyacım var
biraz, lap çox.
bəlkə səndə ölərəm. amma səndə ölməyim səni də öldürərmi? onu bilmirəm
bəlkə gözlərində ölərəm
ya dəniz gözlü gözlərində boğulub,
ya da böyük bir boşluq olan gözlərində
itib ölərəm.
bəlkə saçlarında ölərəm
ki saçlarının ətri öldürə bilər məni
dodaqlarında ölərəm, bəlkə
səbəbi də sərxoşluq olar.
bir körpə kimi qucağındamı ölərəm?
yoxsa düşmən kimi ayaqlarının altında?
amma bilirəm, bir gün öləcəm
ya səndə ya da..

(22.05.2013)


Sərxoş qadınlar

sərxoş qadınlar
ən gözəl olduqları anlardan biridir
sərxoş olduqları an
o an, yeriməkdə çətinlik çəktikləri
amma heç kimə, həç nəyə tutunmadan
yeridikləri an
'mən yaxşıyam' dedikləri an..
o an, gözlərinin dəlicə parıldadığı
gözlərinin güldüyü ya da bütünüylə
bədənlərinin hər nöqtəsi ilə
gülümsədikləri an..
sərxoş qadınlar
sevilməyə dəyər ən gözəl qadınlar..

(22.05.2013)

15 Mart 2013 Cuma

Markus Zusak - Kitab oğrusu


Markus Zusak'dan oxuduğum növbəti kitab; "Kitab Oğrusu (orj. The Book Thief)". 2005-ci ildə yazmış olduğu bu kitabı ilə yazar yenə də bütün diqqətləri öz üzərinə çəkməyi bacardı.
Kitab, II Dünya Müharibəsi Almaniyasından bəhs edir. O vaxtlarda övladlıq olaraq verilən balaca bir qızın - Liesel Meminger'in yaşadıqları, kitablar, sözcüklər, kəlimələrlə olan əlaqəsi və bunların onun həyatına təsirini, yeni kitabları əldə etmək yollarından (ki əsasən oğurluq edərək) bəhs edir. Kitabı fərqləndirən ən əsas cəhətlərdən biri də bunların hamısının heç rastlaşmadığınız bir roman xarakteri tərəfindən - Ölüm'ün özü tərəfindən danışılmasıdır.
Ölüm Mələyi sizə bir həkayə danışmaq istəsə, durub ona qulaq asmazsınız?
Mən qulaq asdım.
Bu hekayə Liesel adlı bir qızdan, onun sözlərlə tanışlığından, akkordeon çalan atadan, fanatik almanlardan, yəhudi döyüşçüdən və çoxlu oğurluqdan bəhs edir.

Kitabdan gözlədiyim zövqü aldım. Hətta oxumayanda da ağlım kitabda idi, hadisələr günümü zəbt eləmişdi. Oxuyarkən bir şeyi daha dəqiq öyrəndim, daha da əmin oldum ki, sözlər həqiqətən ağılalmaz dərəcədə sehirli şeylərdir. Və sözlərin mahiyyətini anlamaq üçün çoxlu kitab oxumaq lazımdır. Bir kitab dostumun dediyi kimi: "Sözlərin mahiyyətinə varmaq üçün ən yaxşı üsul kitab oxumaqdır. Bu mahiyyətin reallıqla uzlaşmadığını gördükdə ən yaxşı çıxış yolu kitab yazmaqdır. Zira çox oxuyan mütləqdir ki, bir gün yazmaq eşqinə düşəcək." 

Kitabda özümə doğma bildiklərim Liesel'dən başqa Rosa Hubermann və Rudy Steiner oldu. Rosa ögey anası. Ətrafında hər kəsə qəddar görünsə də o qəddarlıqdan qat-qat çoxlu sevgi var idi onda. Rudy isə gördüyüm ən yaxşı dostluq simvollarından idi. Həm sadiq bir dost həm də bir aşiq.

Liesel sözlərin mahiyyətini anladıqca, bir müddət keçdikdən sonra artıq öz hekayəsini yazmağa başlamışdı. Adı da "Kitab Oğrusu". Hekayəsinin birinci səhifəsində yazır: "Bütün bunların qatarla, qarla və öskürən qardaşımla başladığını bilirəm. İlk kitabımı o gün oğurladım. Məzar qazmaqla əlaqədar bir əl kitabı idi və onu oğurlayıb Himmel Küçəsi'nə gətirdim."

Onun həyatını qurtaran da elə sözlər, hekayəsi oldu. Yaşadıqları məhlə bombardıman olunan zaman o zirzəmidə hekayəsini yazırdı. O bombardıman. Sevdiklərini öldürən bombardıman. Hans və Rosa Hubermann, Rudy Steiner və başqaları.. Liesel'in orda sevdiklərinin cəsədləri ilə vidalaşdığı səhnələr çox üzücü, ürək burxan idi. Ölüm özü belə qızın üzünə baxa bilmirdi. Hətta deyim ki, mən göz yaşlarımı saxlaya bilmədim.

Hadisələrin əsası elə bu səhnələrə qədər idi. Yazar məni təəccübləndirərək Ölüm'ü bir də uzun illər sonra Liesel'lə qarşılaşdırdı. Yəni bu vaxt aralığında olan hadisələr danışılmır. Və maraqlıdır ki, yazar qəhrəmanının həyatını öz doğma şəhəri olan Sydney'də sonlandırır. Ölüm orda Liesel'in ruhunu alır və onu gərəkdiyi yerə götürməzdən əvvəl bir yerdə oturub, qızın yazdığı hekayəsini ona verir. "Kitab oğrusu" hekayəsini..
Təhkiyəçi, yəni Ölüm orda Liesel'ə tək bildiyi bir şeyi söylədi. Onu bizə - oxucuya da deyir:
"Bunu kitap hırsızına söyledim, şimdi de size söylüyorum.
*ANLATICIDAN SON BİR NOT*
İnsanlar benim lanetim."

Markus Zusak'ın qələmindən oxuduğum ikinci kitab oldu bu. Gənc yaşda olmasına baxmayaraq yazar həqiqətən sözlərlə yaxşı oynaya bilir. İki əsərinin də dili o qədər axıcıdır ki, kitabları əlimdən qoya bilmirdim.
Kitab haqqında başqa nə yazım deyə düşünürəm amma onu özünü oxumaq burda yazılanları oxumaqdan daha yaxşı, daha zövqvericidir.

Mən "Kitab oğrusu"na aşiq oldum.

Son olaraq: Artıq bu kitaba film çəkilişləri başlayıb. Filmin 2014'də tamamlanacağı bilinir. Rollarda; Geoffrey Rush, Emily Watson, Sophie Nélisse və başqaları.

Əlavə: Yenə bir gün metroda bu kitabı oxuyarkən heç unutmayacağım bir hadisə baş verdi. Kitab oğrusunu hiss etdim. O gün yaşadıqlarımı bu sözlərlə ifadə edə bilərəm:
"Metrodaydım. 
"Kitap Hırsızı"nı oxuyurdum. 
Yanımda balaca bir qız oturmuşdu. 
Eynilə Liesel kimi. 
Bəlkə də ondan balaca idi. 
Əlimdəki kitaba baxırdı. 
Yenə Liesel kimi. 
Bir oğru kimi baxırdı əlimdəki kitaba. 
Kitab oğrusu." 




4 Mart 2013 Pazartesi

Sonsuzluq üçün yeddi gün..

Bir daha dostlar, altını cızaraq bildirirəm ki, mən kitab bloqları yazmıram :) . Sadəcə çoxdan oxudum bu kitab haqqında oxuyandan sonra yazdığım şeylərdi. Kitab haqqında ümumi məlumat deyək.

Marc Levy - Sonsuzluk İçin Yedi Gün


Əzəldən bəri - 2000 ildir ki, Tanrı ilə Şeytan arasında mübarizə gedir. Ən sonunda Onlar bir razılaşmaya gələrlər. Aralarındakı; Dünyaya və insanlığa hökm etmək savaşını bitirəcək razılaşma. Qayda qoyular: Hər ikisi də ən üstün, ən bacarıqlı təmsilçilərini yer üzünə yollayacaqlar. Tanrı'nın göndərdiyi mələyin etdiyi yaxşılıqlar, Şeytanın göndərdiyi iblisin etdiyi pisliklərdən daha çox olsa, dünya sonsuza qədər Tanrı'nın hökmü altına girəcək. Tərsi olsa, dünyanın ağası Şeytan olacaq. Yaxşı, bəs Mələklə İblis yer üzündə qarşılaşıb bir-birlərinə aşiq olsalar?
Bəli. Tanrı ilə Şeytan hər şeyi ön gördülər. Zofia(Mələk) və Lucas'ın(İblis) qarşılaşa biləcəkləri xaric, hər şeyi. Bir-birlərinə aşiq olarlar. Bir-birlərinin əslində "kim" olduqlarını öyrəndikdə belə vazgeçmədilər. Hər ikisi böyük fədakarlıqlara hazır idi. Zofia öz Cənnət'indən, Lucas da öz Cəhənnəm'indən imtina etməyə hazır idi.
Yeddinci günün sonunda Lucas, Zofia və onu tərəfinin qələbə çalması üçün ondan uzaqlaşır. Zofia'nı geri aparmağa gələn Mikayıl(Tanrı'nın ən yaxın mələklərində biri və eyni zamanda Zofia'nın xaç atası) onu apara bilmir. Zofia onunla getmir. Lucas'sız bir yer istəmir.
Təbii ki, mələk və iblisin aşiq olması bağışlanmaz şeydir. Şeytan Lucas'ı cəzalandırmaq istəyir. Tanrı ona mane olmaq istəyir amma o qulaq asmır. Bu anda Tanrı Şeytan'a deyir: "İKİMİZ DƏ BABA OLACAYIQ!"

Sonsuzluq.. Zofia və Lucas uşaqları ilə bir yerdə sonsuzluğu yaratdılar..

Gözəl kitabdır. Hər sətirindən həzz aldım. Kitab yeddi gün(fəsil)dən ibarətdir. Mən də kitabı ona uyğun oxudum. Həftənin birinci günündən başladım və hər gün-həftənin yeddinci gününə kimi oxudum.
Kitab,
bu sözlərlə başladı:
"Başlanğıcda Tanrı göyləri və yeri yaratdı.
Və axşam oldu və sabah oldu."

Bu sözlərlə bitdi:

"Bir axşam oldu...və sayısız başqa sabah."

2 Mart 2013 Cumartesi

Bu gözəl havalar..


Bu günün əziz xatirəsinə.. (Orhan Veli'dən təsirlənərək)

Məni bu gözəl havalar məhv elədi
belə gözəl günlərdə doğuldum
böyüdüm.
Həyat deyilən şeylə
belə gözəl günlərdə tanış oldum
belə günlərdə istefa etdim
həyatdan.
ağrıları, sağalmaları
sevincləri, kədərləri
belə günlərdə daddım.
Məni bu gözəl günlər məhv elədi
Belə gözəl günlərdə aşiq oldum
həyatdakı vəzifəmə geri qayıtdım.
Belə gözəl günlərdə səni tanıdım
Belə gözəl günlərdə sən girdin həyatıma
gündüzlərimə, gecələrimə
keçmişlərimə, gələcəyimə
indiki anlarıma.
Məni bu gözəl havalar məhv elədi
Belə gözəl havalarda səni hiss etdim
gözlərində boğuldum
saçlarında əlimi itirdim
qoxunla sərxoş oldum
dodaqlarınla sehirləndim.
Sənli ikən sənsiz oldum
Varlığında yoxluq oldum.
Sənə bir şeylər yazmaq xəstələyi
belə gözəl havalarda yoluxdu.
Məni bu gözəl havalar məhv elədi
belə gözəl havalarda, öldürdün məni..

Belə gözəl havalarda aşiq oldum
Məni bu gözəl havalar məhv elədi


Bakı, 02.03.2013

26 Şubat 2013 Salı

Avqust, 2012

Avqust 18, 2012..

Küləkli bir gecə. Dəli küləkli. Bir park skamyasında oturmuşam. Mən və küləkdən başqa heçnə, heçkim yoxdu ortalıqda. Sonra sən gəlirsən. Sakitcə, dinməz yanımda oturursan. Başını çiynimə qoyursan. İnsanların real dünya dedikləri yerdən uzaqlaşıb, öz dünyamıza daxil oluruq. Sonsuz göy üzünü seyrə dalırıq. Buludlara qalxırıq. Buludların üzərində küləklə rəqs edirik. Əlimlə sənin üzünü, saçlarını oxşayıram. Özümü sənin qoxunda sərxoş olmağa hazır edirəm. Dünyanın bütün ətriyyatçıları və şərabçıları toplansa da nə belə bir qoxu nə də belə bir sərxoş edici şərab hazırlaya bilərlər.Sonra o dəli külək səni aparır. Sənin ruhunu mənnən qoparır. Və mən yenə də skamyada tək oturub küləyin yenidən səni gətirməsini gözləyirəm...


Avqust 21, 2012..

Birisi var. Necə deyim, fərqli birisi. Siz insanların sırasına aid birisi deyil. Bəs kimdi? Mələk?! Şeytan?! Yox, zənnetmirəm, ola bilməz. Ya da..Tanrı mı..? Hə hə bu ola bilər.! Hansı Tanrı? Sevgi? Gözəllik? Yaxşılıq? Heç biri. O sizin tanımadığınız və tanıya bilməyəcəyiniz bir Tanrı'dır bəlkə də.. Çox güclüdü O. Onun qarşısında elə ola bilər ki, sözlərin qurtarsın, danışığını itirəsən. Elə də ola bilər ki, anlad-anlad bitirə bilməzsən. Və bu Onun sehirli güclərə sahib olmasından xəbər verir. O çox vaxt buludların yanında olur. Özünə məskən sayır oraları. Gücünü oradan alır. O ..
Bu yazdığım sizə mənasız, gərəksiz gələ bilər. Lap yaxşı. Mən də onu istəyirəm. Anlamayın, məna tapa bilməyin. :) . Onun varlığını da yoxluğunu da mən bilim ancaq. Onu sadəcə mən hissedim.. 

25 Şubat 2013 Pazartesi

Sözlər..


Sözlər.. Sehrli bir şeydir bu. Sözlər vasitəsilə siz birinə xoş şeylər deyib onun özünü yaxşı hiss etməsini təmin edə bilərsiniz. Bunun əksi də mümkündür. Birisi qəmgin olduğu halda onu sözlər vasitəsilə daha da çıxılmaz vəziyyətə sala bilərsiniz. Yetər artıq, dediyimiz sözlərə diqqət edək.! Axı biz niyə qarşımızdakını incitməliyik.?! Buna nə haqqımız var nə də buna məcburuq. Birisinə qarşı yaxşı bir şeylər demərik. Onun yaxşı işlər gördüyünü bildiyimiz halda da demərik. Amma bir səhv etdi mi? Onu sözlərimizlə mənəvi cəhətdən daha çıxılmaz vəziyyətə salarıq. Bu düzgün deyil. Axı o səhv edib. Hər kəsin edə biləcəyi bir səhv.
Sözləri küçümsəməyin. Onlar - dediyim kimi çox sehrlidirlər. Bəzi insanlar bir şey eşidəndə belə deyirlər - "gözəl söz". Mən onlarla razılaşmıram. Xüsusi olaraq "gözəl söz" qrupu yoxdu. Sözlər hamısı gözəldi, sadəcə onları yerli-yerində işlətmək lazımdı.

Ah! Mən həmişə bir şey yazmağa başlayanda əsas yazmaq istədiyim şey yadımdan çıxır. Bu bir problemdi? Hələ bilmirəm.
Deyəsən, yadıma düşdü.
Mən sözlərin elə də məna kəsb etməyən vaxtlarından söz açmaq istəyirdim. Bu ən çox "birinin" yanında olduğumuz zaman baş verir. O çox sevdiyimiz biri də ola bilər, heç sevmədiyimiz biri də ola bilər. Mən birincini nəzərdə tuturam. Onun yanında olanda.. Axmaqlaşırsan. Beynində söz firtınası baş verir. Dəli olursan. Əvvəlcədən fikirləşib ona demək istədiyin şeyləri ona deyə bilmirsən. Hətta bir ara o fırtına səni çəkib aparır, yanındakının varlığını da unudursan. Bu ona haqsızlıqdı. Sən ona dəyər verirsən. Çox istəyirsən. Elə o da səni. Bəlkə də uzun bir vaxtdır ki, görüşmürdünüz, uzun zaman da görüşməyəcəksiniz bəlkə. Amma İndi. Siz bir yerdəsiniz. Yanında oturub. Sənsə oturub susursan. Düzü heç onun da sənnən bir fərqi yoxdu. Lal-kar oturubsunuz. Bu elə də böyük problem deyil. Niyə? Çünki, gözləriniz danışır, ürəkləriniz danışır. Ağzınızdan başqa bütün bədən üzvləriniz, orqanlarınız danışır. Əsas odu ki, sizi sizdən başqa anlayacaq birisi yoxdu. Olmamalıdı..

Son olaraq.. Yorulmuşam. Çox yorğunam.. Sadəcə bir şey istəyirəm sənnən. Başımı sənin dizlərinə qoyub yatmağıma icazə ver..

Dəyəsən bu qədər... Hələlik..

30 Oktyabr, 2012.

23 Şubat 2013 Cumartesi

Öldürücü suallar..


Səni nə vaxt sevmişdim mən?
Yuxudamı görmüşdüm
xəyallarımdamı?
yoldamı görmüşdüm
sərxoş olandamı?
Ayıq olandamı?
Səni vaxt sevdim mən?
Mənim olduğundamı
ya da belə hiss etdiyimdəmi?
Bu hissin yalan olduğu andamı?
Söylə, sevgili. Səni nə vaxt sevdim?
Bu suallar yaranandamı?
Cavab tapa bilməyəndəmi?
Səni görəndəmi?
Gözlərinə vurulduğumdamı?
Onlarda boğulduğumdamı?
Saçlarınmı sevdirdi səni mənə?
Onların sərxoşedici qoxusumu?
Əllərimi saçlarında itirdiyimdə mi?
Əllərin, sevgili?
Üzümdə hiss etdiyim əllərin mi sevdirdi
səni mənə?
Ulduzlar kimi
bir görünüb bir görünməməyin sevdirdi?
Yoxluğun mu sevdirdi?
Səni nə vaxt sevdim mən?
Mahnilarmı?
filmlərmi?
kitablarmı?
şeirlərmi sevdirdi səni?
Nə, sevgili?
Nə vaxt, sevgili?
Səni yaşamaq istəyəndə mi?
Yoxsa,
Kafka və Milena'mı sevdirdi səni mənə?
Özümü Kafka, səni Milena zənn etdiyim üçün mü?

Amma məncə bunların heç biridi.
Mən
səni sevməməm gərəkdiyində sevdim, sevgili.
Bu nə vaxt idi?
Səni nə vaxt sevmişdim, sevgili?...