Sevgi = Axmaq davranışlar?!
Normal vəziyyətdə insanlar (təbii ki, normal insanlar) özlerini kənardan izləməyi bacarırlar. Beləcə onlar etdikləri yaxşı-pis hərəkətləri ölçüb-biçirlər. Əgər yaxşı bir şey ediblərsə özləri ilə fəxr edər, fəqət etdiyi yaxşılıqlarla başqalarının yanında öyünməzlər. Və əgər pis bir şey ediblərsə bu səhvi düzəldər və bu səhvdən dərs götürərlər...
Amma insan həyatında bir dövr var ki, (hətta bu, ömürlərinin axırına qədər çəkə bilər) o bunu (yəni, özünü kənardan izləməyi) ya bacarmaz ya da vaxtı olmaz, xatırlamaz... Bu dövrə ad qoysaq "birini sevdiyin dövr" də demək olar. Artıq "siz" bu dövrdən əvvəlki "siz" deyilsiniz. Bu zaman birisi sənin üçün ən qiymətli olar. Ondan başqası elə də qiymətli sayılmaz. Davamlı olaraq, hətta, hər an onunla olmaq, bütün zamanını onunla xərcləmək istərsən. Onun üçün vazgeçə bilmədiyin şey olmaz. Çünki onun yanında özünü xoşbəxt hiss edirsən (yaxud da xoşbəxt olduğunu zənn edirsən)...
Normal olaraq onunla sözünüzün üst-üstə düşmədiyi vaxtlar da olacaq, aranızda dadsız şeyler olacaq. İstəyərəkdən yaxud istəməyərəkdən bir-birinizə heç də xoş olmayan sözlər deyəcəksiniz. Bir sözlə, necə deyərlər, aranızda "qırğınlar" olar.. .
Bir qərar verərsiniz..Sağlam yaxud da sağlam olmayan düşüncəylə.. Bu - bir-birinizdən uzaq qalmaq; qərarıdır.. Bunu həyatında verdiyin ən doğru qərar olduğunu hesab edərsən.. Belə də olar – bir-birinizdən uzaqlaşarsınız...
Və budur..!!! Sən onu unutmağa çalışarsan.. Ona verdiyin dəyər qədər dəyərli deyil, tam əksine, onun dəyərsiz biri olduğunu özünü inandırmağa çalışarsan.. İnanarsan da! Çünki insanoğlu birisi haqqında yaxşı düşüncədənsə pis düşüncəyə tez və rahatca inanar.. Bu da insanoğlunu “təbiəti”, neyləyəsən”?!!!
Bu zaman sənin "bu dövrə"(birini sevdiyin dövrə) girməzdən əvvəl itirdiyin bacarıq sənə qayıtmağa başlar.. Yəni artıq özünü kənardan izləyə bilirsən. Onunla elədiyin şeyləri, birgə keçirdiyin anları xatırlayarsan.. Və.. dilindən bu sözler sürüşüb çıxar. "AXMAQLIQ!!!" , "Mən necə də AXMAĞAM..!!!" ... Ondan uzaqlaşmaqla necə doğru bir qərar verdiyini düşünərsən...Amma...Bu uzaqlıq çox uzun çəkməz...Onu geri istəyərsən... Geri!!! Yoxsa buna "Bağlanmaq" da mı deyək?! Bilmirəm, bəlkə də..!! Bir-birinizdən uzaq dura bilmədiyiniz üçün...və yenə siz bir yerdəsiniz.
Və yenə sənin "bacarığın" səndən uzaqlaşar... ("bacarıq"in nə olduğunu xatırlamadınızsa bir də deyim: "özünüzü kənardan izləmək"...)
Hə! Belə!.. Bu vəziyyət sizdə çooox təkrarlanacaq...!!
Qeyd.1: Sən bu yazını oxuyanda burda yazılanların səndə də baş verdiyini heç cürə qəbul eləməzsən.. Edə bilməssən də..! Çünki, əgər qəbul etsən onu özündən uzaqlaşdıracaqsan.! Bu da sənə heç xoş gəlməz.. Onunla biryerdəliyinə davam edəcəksən.. Bunu ona görə edəcəksən ki, onnan uzaq qala bilmirsən..O sənin üçün artıq hər şey olub.. sadəcə və sadəcə "O".!!!!
Qeyd.2: Burda yazdıqlarımı oxuyub, həmin an o düşüncəyə qapılmayın ki, Cavid sevgini pisləyir. . Dəli olmayın! Sevgini pisləmək - bu mənim tərəfimdən sadəcə dəlicə bir hərəkət olar...Sevgi! Bu ki, reallıq, gerçək'dir. Santa Klaus deyil.! . Belə də bir söz(ya da ifadə deyək) var ki: "Axmaqca görünməyi qəbul edə bilməyən, sevgini haqq etmir, buna layiq deyil.!! Bu haqqı qazanmaq, layiq olmaq lazımdır.. Sevin Sevilin..! Sevirsiniz? Sevilirsiniz? O zaman sevişin! Çünki həyat çox qısa..
Bunu mən həmişə çox sevdiyim insanlara diləyirəm: "Sevdiyinizlə Sevgiliniz eyni biri olsun.!!"
Sevgilərlə Cheko (Cavid)...
Hiç yorum yok:
Yorum Gönder