"Həyatınızı təkrar, təkrar və təkrar yaşamaq məcburiyyətində
qalsaydınız.."
Bu sözlər Amerikalı yazıçı Ken Grimwood'un Sil baştan (orijinal adı
"Replay") kitabındandır.
Həqiqətən, həyatınızda sizə belə bir şans verilsəydi nə edərdiniz?
Keçmişdə etdiyiniz səhvləri düzəldərdinizmi? Etmək istəyib edə bilmədiklərinizi
edərdiniz?
Bu dəfə bir şeylər yazmaq istəməyimin səbəbi elə bu yazıçıdır.
Kenneth Milton Grimwood. Mənim də ilk oxuduğum kitabı Sil baştan'dır. Kitaba
başlayanda saatlarca əlimdən buraxa bilmədim. Hətta hava qaralanda yerimdən
qalxıb otağın işığını belə yandırmırdım. Zamanda yolculuq heç bu qədər zövq
verici olmamışdı. Kitabın qəhrəmanı Jeff Winston həyatını sil baştan yaşamaq
şansını qazanır. Özdə dəfələrlə. Öldüyündə 43 yaşında, ofisində idi. Yenidən
oyandığında isə 18 yaşında universitet yataqxanasında idi. Hər şey əvvəlki
kimidir. Tək bir şey xaricində: Jeff gələcəyi ovucunun içini kimi bilir.
Başlarda hər şey qaydasında gedir. Keyif verici idi. Jeff bunun sayəsində
futbol liqası maçtlarına, at yarışlarında kimin qazanacağını bilir. Bunun sayəsində
böyük pullar qazanır. İş sahəsində hansı işlərə pul yatırması gərəkdiyini
bilir.
Amma bilmədiyi bir şey var. Niyə həyatını “sil baştan” yaşamaq məcburiyyətindədir?
Belə. Kitab çox maraqlıdır. Oxusanız zövq alacağınızdan ənimən.
Biraz da yazar haqqında..
Ken Grimwood (Kenneth Milton Grimwood) 27 fevral 1944 tarixində Dothan, Alabama’da
doğulan Amerikalı yazardır. Və təəssüf ki, 6 İyun 2003-cü ildə daha 59 yaşındaykən vəfat etmişdir.
Kitablarında elm fantastikanı macəra ilə birləşdirib müdhiş bir
"aksiyon" təqdim etmişdir. Darıxdırıcı elm fantastikaları oxunası
hala gətirmiş və axıcı dili sayəsində kitabı asanca bitirirsiniz.
Kitablarını hissələr halında, qəhrəman dünyagörüşündə yazır yazar. Bəzi
yerlərində İlahi dünyagörüşü var. Hissələr fərqli hekayələrmişcəsinə, trailer
havası verir sizə. İlk 100-200 səhifə sabit irəliləyərkən son səhifədə belə
sizi heyran buraxacaq dönüşlər edə bilir. Bir saytda yazılır: “Kuru gürültü
aksiyon,cıvık aşklardan bıktıysanız, hepsinden güzeli kesinlikle :Ken Grimwood.”
Kitablarını yazarkən - Alan Cochran - adından da istifadə etmişdir.
Bu günə qədər nəşr olunmuş, bilinən kitabları 6 dənədir.
Kitabları..
Kayboluş (Breakthrough, 1976)
Zaman Çarkı (Elise, 1979)
Two Plus Two (1980)
The Voice Outside (1982)
Sil Baştan (Replay, 1987)
Into the Deep (1995) .
Bu yazar haqqında haqqında yazmağıma səbəb bu yaxınlarda onunla bağlı
öyrəndiyim bir iki faktdır.. Belə ki, yazarın ən çox səs gətirən kitablarından
olan Replay(Sil baştan) yazarın həyatı ilə bütünlük təşkil edir. Kitabda qəhrəman..
Jeff Winston: Radio jurnalistikasıyla məşğul olar, infarkt səbəbiylə
həyatını itirər.
Ken Grimwood: Eyni şəkildə radio jurnalistikasıyla məşğul olar, yenə
eyni şəkildə infarkt səbəbiylə həyatını itirər.
Yazar həm də bu kitabına görə 1988-ci ildə World Fantasy Award
qazanmışdır.
Daha bir öyrəndiyim (üzücü) fakt isə, yazar 2003-cü ildə “Replay(Sil
baştan)” kitabının davamını yazdığı vaxtda həyatını itirmişdir..
Mərhum yazar haqqında söyləyəcəklərim deyəsən bu qədər. Son olaraq
buradan Ken bəy’in ruhuna səslənirəm ki, “Mən sənin tərcümə olunmuş bütün
kitablarını oxuyacam. Tərcümə olunmasalar da dil öyrənib oxuyacam. Sevgilərimlə,
sizə vurğun olan oxuyucunuz Cavid”
Hiç yorum yok:
Yorum Gönder