Əgər biz bir gün yenə görüşsək, dəyişil.
Məsələn gözlərin. Dəyişilsin. Başqa rəng olsun, və mən o gözlərdə boğulmaq istəməyim.
Saçların. Ya rəngi dəyişilsin, ya da heç saçların olmasın. Külək dağıtdıqca mən o saçlar düzəltmək istəməyim. Mən o saçları sığallayıb, oxşamaq istəməyim.
Sonra üzünü də dəyişdir. Mənə qəribələşsin, yadlaşsın. Üzünü əllərimin arasına almaq istəməyim.
Qoxunu dəyişdir, məsələn. Küləyin burnuma gətirdiyi qoxunu. O da dəyişsin. Mən o qoxuda sərxoş olmaq istəməyim.
Dodaqların, yanaqların dəyişilsin. Mən onlari öpmək istəməyim.
Əllərin dəyişilsin. Barmaqlarını mənimkilərlə sım-sıxı birləşdirib bir əl yaratmaq istəməyim.
Ayaqların. Dəyişsin. Başımı dizlərinə qoyub dincəlmək, yatmaq istəməyim.
Ya sən ümumiyyətlə dəyiş. Ya da sən heç var olma.
Və mən də bu dünyada olmaq istəməyim..
Hiç yorum yok:
Yorum Gönder