Bu gecə ağlamaq istədim.
Həyatıma ağlamaq.
Özümə
Var olduğum günə
Yox olacağım günə
Ağlamaq istədim.
Məni yaradana
Məni yox edəcək olana ağlamaq.
"Mənim həyatım" dediyim şeyə ağlamaq istədim.
Həyatım..
Həyatımda olanlara
Olmayanlara ağlamaq istədim.
Keçmişimə.
İndiki zamanıma.
Bilinməz olan gələcəyimə. Bir sözlə sabahlarıma ağlamaq istədim.
Sevdiklərimə ağlamaq istədim.
Sevmədiklərimə də.
Məni sevənlərə, sevməyənlərə ağlamaq.
İstədim.
Sevgiyə ağlamaq
Nifrətə ağlamaq
İstədim.
Həyatımda olan və eyni zamanda olmayan Sən'ə ağlamaq istədim.
"Olmağa" və "olmamağa" ağlamaq.
Məni mən edən Sənə.
Məni mənlikdən çıxaran Sənə.
Səninlə yaşadıqlarıma.
Yanında gəzdiyim an'lara ağlamaq.
Sənə cuzi də olsa toxuna bildiyimə ağlamaq.
Gözlərini gördüyümə.
Onlarda boğulduğuma Səni hiss edişimə ağlamaq.
Sənin qoxunu duya bildiyimə
Sərxoş olduğuma ağlamaq.
Səni bərk qucaqlamaq istəyib qucaqlaya bilməyişimə ağlamaq istədim bu gecə.
Səni öpüb-qoxlamaq istəyib də bunları edə bilməyişimə ağlamaq istədim.
Gülümsəyişinə
"Sən" dedikdə ağlima gələn ilk şeyə ağlamaq istədim bu gecə.
Səninlə yaşamadıqlarıma.
Səninlə yaşamaq istəyib yaşaya bilmədiklərimə ağlamaq istədim.
Sənin mənlə bunları yaşamaq istəməyəcəyin ehtimalına ağlamaq istədim.
Yaşamağa və yaşamamağa.
Səninlə bağli qurduğum xəyallara, fikir, düşüncələrə ağlamaq
İstədim.
O xəyalların olacağına ağlamaq
olmayacağına ağlamaq.
Xəyallara ağlamaq istədim.
Məni çılpaq vəziyyətə salan xəyallara
Məni yaxşı biriymiş kimi göstərən xəyallara
Səni yanımda hiss etdirən xəyallara
ağlamaq istədim bu gecə.
Gerçəklərə ağlamaq istədim.
Mənim var olduğumu bildirən gerçəklərə
Sənin yanımda olmadığını hiss etdirən gerçəklərə
Xəyallarımın sadəcə xəyal olaraq qalacağını bağıraraq söyləyən gerçəklərə.
Ağlamaq istədim.
Dostlar,
Mən bu gecə ağlamaq istədim...
Qeyd: 26.12.2012 04:02 ...
Hiç yorum yok:
Yorum Gönder