...Bəlkə susaq. Çünki səninlə danışmaqdan daha çox susmağa üstünlük verirəm. Susaq və gəzməyimizə davam edək.
Soyuqdu?
Hə biraz, məncə də soyuqdu.
İsti olması üçün bir şeylər edə bilərəm.
Amma mən başqa sevənlər kimi deyiləm. Mən onlar kimi "sənin üçün şəhəri yandıraram, oranı-buranı yandıraram" deməyəcəm.
"Sənin isinməyin üçün xəyallarımı belə yandıraram" - deyənlərdən deyiləm mən.
Bağışla.
Mən o xəyallara qıya bilmərəm. Belə ki, sən varsan o xəyallarda. O xəyalların başına bir iş gəlməməlidi.
Üşüdün?
Mənim bunun üçün edə biləcəyim bir şey ola bilər.
Səni bərk-bərk qucaqlaya bilərəm.
Və mənə elə gəlir ki, bu, ikimizin də isinməyi üçün də kifayət edər.
Qucaqlamaq önəmlidi mənim üçün. Elə olanda mən bu yalan dünyadan qopuram, buludlara qalxıram. Azad oluram.
Sonra sərxoş oluram. Sənin o sərxoş edən qoxun var ki, mən əyyaş biri olmağa razıyam.
Bütün bu zaman ərzində sən bir kəlmə də kəsmirsən. Elə hey susursan. Mənə baxırsan. Gülümsəyirsən. Gülümsəmək üçün dodaqların hərəktinə ehtiyac duyulur. Amma sən istisnasan.
Gözlərin səni ələ verir.
Başa düşdüm. Sən gözlərinlə danışırsan.
Dəniz yaşılı gözlərinlə.
Mənim boğulmaq istədiyim gözlərinlə danışırsan.
***
Külək daha da çılğınlaşır. Nolub görəsən?! Gedək bağlı bir yerdə oturaq.
İsti bir qəhvəyə yox demərik yəqin.
Ya da bəlkə bu gecə birlikdə sərxoş olaq?!
Şərab yaxşı olardı. İçərdik, sərxoş olardıq.
Gülümsəyərdin, mən yenə sərxoş olarım.
Mənə ruhi dinclik verən səsini eşidərdim, sərxoş olardım.
Sənin varlığın və mən sərxoş olardım.
Bu gecənin sərxoşluğunu ən yüksək promil'ə qaldırmaq üçün,
şərabı bir də sənin dodaqlarında dadardım. Dadardım. Bir də. Və bir də...
Hiç yorum yok:
Yorum Gönder