16 Şubat 2013 Cumartesi

Olmayan..


Bu gecə sərxoş oldum, sevgili. Ad günü zad bəhanə. Ayıqlığımı unutmaq üçün sərxoş oldum. Biraz da olsa özüm olmaq üçün. Səni daha çox sevmək üçün. Səni yanımda istəməyə daha çox cəsarətli olmaq üçün. Sənin başını ağrıtmaq üçün. "Cavid, sərxoş olmusan!" sözünü eşitmək üçün. Hə, bu gecə sərxoş olmuşam. Amma heç bu qədər ayıq olmamışdım. Bu gecə səni çox istədim, sevgili. Yanımda. Özümdə. Varlığımda. Hardasan, sevgili?!
Təsəvvür edirəm. Bunları yazdığımı hiss edib, yanımda peyda olursan. Necə gözəl olardı! Yenə o dəliedici baxışlarını üzərimdə hiss edərdim. Yoxluğun varlığınla əvəz olunardı. Mən də özümdən çox səndə olardım.
Sevişərdik, sevgili! Sevişmək dedim, səhv anlama. Qəlblərimiz sevişərdi. Sən məni sevərdin. Mən səni sevərdim.
Ya da səhv anla. Qəlblərimizlə bərabər bədənlərimiz də sevişərdi. Sevişmək deyilən şey bizim yanımızda anlamını itirərdi. Bir-birimizdə əriyərdik, sevgili. Əriməyimiz yeni bir "biz" yaradardı. Həqiqi biz.
Sonra gedərdin, sevgili. Heç gəlmədiyin kimi gedərdin.. Mən yenə olmayan birinə yazdım. Və o olmayan biri də bunları oxudu, zövq aldı..

25.01.2013

Hiç yorum yok:

Yorum Gönder