6 Şubat 2013 Çarşamba

Yenə Sən..


Görəsən niyə sənə bir şeylər yazmaq gərəyi duyuram? Əslində səbəbi məlumdu: Sən. Amma səbəb olmaya da bilər. Sadəcə istək. Bəzən düşünmədən edə bilmirəm. Görəsən biz heç tanışmasaydıq. Yox, bu ehtimalı heç düşünmək istəmirəm.
Yenə tanışardıq.
Başqa zamanda,
başqa yerdə, ölkədə,
başqa şəraitdə,
başqa dünyada,
başqa bədənlərdə,
başqa yaş dövründə
və başqa başqalarda..
Görəsən necə olardı.?!
Əminəm, sən yenə gözəl olardın.
Həmin gözlər,
həmin saçlar,
həmin gülüşün,
həmin üz cizgiləri,
sərxoşedici qoxun,
həmin xəyalların, məqsədlərin,
həmin sevgi dolu ürəyin olardı.
Həmin .... (filankəs) olardın.
Və mən yenə səni tanıyardım.
Eyni buludları sevərdik.
Eyni gecəni.
Eyni ay'ı.
Eyni yağışı.
Eyni islanmağı, islanmaqdan həzz almağı sevərdik.
Mən indi olduğum kimi olardım.
Sənli olardım.
Səni çox istəyərdim.
Səni hiss etmək istəyərdim, hiss edərdim.
Səni kəşf etmək istəyərdim.
Kəşf edərkən səndə qeyb olardım.
Sehirbaz'lığının şahidi olardım.
Yenə oxuduğum kitabları sənə danışardım, sən də həvəslə dinləyərdin.
Bir Gün yenə görüşərdik. Və mən yenə sənə toxunmağa qıymazdım. Yenə görüşmək istəyərdim. Hər gün daha da sənli olardım. Sonra bir gün yenə sən bir başqasına qarşı qəribə hisslər duyardın.
Mən bunu normal qaşılayardım.
Sənə kömək etmək istəyərdim.
Özümcə məsləhətlərimi verərdim.
Hər zaman sənin yanında olacağımı bilməyini istəyərdim.
Sevincinə, dərdinə şərik olardım.
Səni xoşbəxt görmək istəyərdim.
Əsası, səni daima görmək istəyərdim..
Sonra bir gün mən ölərdim.
Sonra da Sən.
Ya da əksinə;
Sən sonra Mən.
Və yenə dünyaya gələrdik.
Və yenə biz, "biz" olardıq..


(15.12.2012 04:58)

Hiç yorum yok:

Yorum Gönder