Sözlər.. Sehrli bir şeydir bu. Sözlər vasitəsilə siz birinə xoş şeylər deyib onun özünü yaxşı hiss etməsini təmin edə bilərsiniz. Bunun əksi də mümkündür. Birisi qəmgin olduğu halda onu sözlər vasitəsilə daha da çıxılmaz vəziyyətə sala bilərsiniz. Yetər artıq, dediyimiz sözlərə diqqət edək.! Axı biz niyə qarşımızdakını incitməliyik.?! Buna nə haqqımız var nə də buna məcburuq. Birisinə qarşı yaxşı bir şeylər demərik. Onun yaxşı işlər gördüyünü bildiyimiz halda da demərik. Amma bir səhv etdi mi? Onu sözlərimizlə mənəvi cəhətdən daha çıxılmaz vəziyyətə salarıq. Bu düzgün deyil. Axı o səhv edib. Hər kəsin edə biləcəyi bir səhv.
Sözləri küçümsəməyin. Onlar - dediyim kimi çox sehrlidirlər. Bəzi insanlar bir şey eşidəndə belə deyirlər - "gözəl söz". Mən onlarla razılaşmıram. Xüsusi olaraq "gözəl söz" qrupu yoxdu. Sözlər hamısı gözəldi, sadəcə onları yerli-yerində işlətmək lazımdı.
Ah! Mən həmişə bir şey yazmağa başlayanda əsas yazmaq istədiyim şey yadımdan çıxır. Bu bir problemdi? Hələ bilmirəm.
Deyəsən, yadıma düşdü.
Mən sözlərin elə də məna kəsb etməyən vaxtlarından söz açmaq istəyirdim. Bu ən çox "birinin" yanında olduğumuz zaman baş verir. O çox sevdiyimiz biri də ola bilər, heç sevmədiyimiz biri də ola bilər. Mən birincini nəzərdə tuturam. Onun yanında olanda.. Axmaqlaşırsan. Beynində söz firtınası baş verir. Dəli olursan. Əvvəlcədən fikirləşib ona demək istədiyin şeyləri ona deyə bilmirsən. Hətta bir ara o fırtına səni çəkib aparır, yanındakının varlığını da unudursan. Bu ona haqsızlıqdı. Sən ona dəyər verirsən. Çox istəyirsən. Elə o da səni. Bəlkə də uzun bir vaxtdır ki, görüşmürdünüz, uzun zaman da görüşməyəcəksiniz bəlkə. Amma İndi. Siz bir yerdəsiniz. Yanında oturub. Sənsə oturub susursan. Düzü heç onun da sənnən bir fərqi yoxdu. Lal-kar oturubsunuz. Bu elə də böyük problem deyil. Niyə? Çünki, gözləriniz danışır, ürəkləriniz danışır. Ağzınızdan başqa bütün bədən üzvləriniz, orqanlarınız danışır. Əsas odu ki, sizi sizdən başqa anlayacaq birisi yoxdu. Olmamalıdı..
Son olaraq.. Yorulmuşam. Çox yorğunam.. Sadəcə bir şey istəyirəm sənnən. Başımı sənin dizlərinə qoyub yatmağıma icazə ver..
Dəyəsən bu qədər... Hələlik..
30 Oktyabr, 2012.
Hiç yorum yok:
Yorum Gönder