26 Aralık 2012 Çarşamba

Ağlamaq istədim | Cavid Mehdiyev


Bu gecə ağlamaq istədim.
Həyatıma ağlamaq.
Özümə
Var olduğum günə
Yox olacağım günə


Ağlamaq istədim.
Məni yaradana
Məni yox edəcək olana ağlamaq.
"Mənim həyatım" dediyim şeyə ağlamaq istədim.
Həyatım..
Həyatımda olanlara
Olmayanlara ağlamaq istədim.
Keçmişimə.
İndiki zamanıma.
Bilinməz olan gələcəyimə. Bir sözlə sabahlarıma ağlamaq istədim.
Sevdiklərimə ağlamaq istədim.
Sevmədiklərimə də.
Məni sevənlərə, sevməyənlərə ağlamaq.
İstədim.
Sevgiyə ağlamaq
Nifrətə ağlamaq
İstədim.


Həyatımda olan və eyni zamanda olmayan Sən'ə ağlamaq istədim.
"Olmağa" və "olmamağa" ağlamaq.
Məni mən edən Sənə.
Məni mənlikdən çıxaran Sənə.
Səninlə yaşadıqlarıma.
Yanında gəzdiyim an'lara ağlamaq.
Sənə cuzi də olsa toxuna bildiyimə ağlamaq.
Gözlərini gördüyümə.
Onlarda boğulduğuma Səni hiss edişimə ağlamaq.
Sənin qoxunu duya bildiyimə
Sərxoş olduğuma ağlamaq.
Səni bərk qucaqlamaq istəyib qucaqlaya bilməyişimə ağlamaq istədim bu gecə.
Səni öpüb-qoxlamaq istəyib də bunları edə bilməyişimə ağlamaq istədim.
Gülümsəyişinə
"Sən" dedikdə ağlima gələn ilk şeyə ağlamaq istədim bu gecə.
Səninlə yaşamadıqlarıma.
Səninlə yaşamaq istəyib yaşaya bilmədiklərimə ağlamaq istədim.
Sənin mənlə bunları yaşamaq istəməyəcəyin ehtimalına ağlamaq istədim.
Yaşamağa və yaşamamağa.
Səninlə bağli qurduğum xəyallara, fikir, düşüncələrə ağlamaq
İstədim.
O xəyalların olacağına ağlamaq
olmayacağına ağlamaq.
Xəyallara ağlamaq istədim.
Məni çılpaq vəziyyətə salan xəyallara
Məni yaxşı biriymiş kimi göstərən xəyallara
Səni yanımda hiss etdirən xəyallara
ağlamaq istədim bu gecə.
Gerçəklərə ağlamaq istədim.
Mənim var olduğumu bildirən gerçəklərə
Sənin yanımda olmadığını hiss etdirən gerçəklərə
Xəyallarımın sadəcə xəyal olaraq qalacağını bağıraraq söyləyən gerçəklərə.
Ağlamaq istədim.


Dostlar,
Mən bu gecə ağlamaq istədim...

Qeyd: 26.12.2012 04:02 ...



24 Aralık 2012 Pazartesi

Sus.. | Cavid Mehdiyev


‎...Bəlkə susaq. Çünki səninlə danışmaqdan daha çox susmağa üstünlük verirəm. Susaq və gəzməyimizə davam edək.
Soyuqdu?
Hə biraz, məncə də soyuqdu.
İsti olması üçün bir şeylər edə bilərəm.
Amma mən başqa sevənlər kimi deyiləm. Mən onlar kimi "sənin üçün şəhəri yandıraram, oranı-buranı yandıraram" deməyəcəm.
"Sənin isinməyin üçün xəyallarımı belə yandıraram" - deyənlərdən deyiləm mən.
Bağışla.
Mən o xəyallara qıya bilmərəm. Belə ki, sən varsan o xəyallarda. O xəyalların başına bir iş gəlməməlidi.
Üşüdün?
Mənim bunun üçün edə biləcəyim bir şey ola bilər.
Səni bərk-bərk qucaqlaya bilərəm.
Və mənə elə gəlir ki, bu, ikimizin də isinməyi üçün də kifayət edər.
Qucaqlamaq önəmlidi mənim üçün. Elə olanda mən bu yalan dünyadan qopuram, buludlara qalxıram. Azad oluram.
Sonra sərxoş oluram. Sənin o sərxoş edən qoxun var ki, mən əyyaş biri olmağa razıyam.
Bütün bu zaman ərzində sən bir kəlmə də kəsmirsən. Elə hey susursan. Mənə baxırsan. Gülümsəyirsən. Gülümsəmək üçün dodaqların hərəktinə ehtiyac duyulur. Amma sən istisnasan.
Gözlərin səni ələ verir.
Başa düşdüm. Sən gözlərinlə danışırsan.
Dəniz yaşılı gözlərinlə.
Mənim boğulmaq istədiyim gözlərinlə danışırsan.

***


Külək daha da çılğınlaşır. Nolub görəsən?! Gedək bağlı bir yerdə oturaq.
İsti bir qəhvəyə yox demərik yəqin.
Ya da bəlkə bu gecə birlikdə sərxoş olaq?!
Şərab yaxşı olardı. İçərdik, sərxoş olardıq.
Gülümsəyərdin, mən yenə sərxoş olarım.
Mənə ruhi dinclik verən səsini eşidərdim, sərxoş olardım.
Sənin varlığın və mən sərxoş olardım.
Bu gecənin sərxoşluğunu ən yüksək promil'ə qaldırmaq üçün,
şərabı bir də sənin dodaqlarında dadardım. Dadardım. Bir də. Və bir də...

8 Aralık 2012 Cumartesi

Ken Grimwood ...


"Həyatınızı təkrar, təkrar və təkrar yaşamaq məcburiyyətində qalsaydınız.."

Bu sözlər Amerikalı yazıçı Ken Grimwood'un Sil baştan (orijinal adı "Replay") kitabındandır.

Həqiqətən, həyatınızda sizə belə bir şans verilsəydi nə edərdiniz? Keçmişdə etdiyiniz səhvləri düzəldərdinizmi? Etmək istəyib edə bilmədiklərinizi edərdiniz?

Bu dəfə bir şeylər yazmaq istəməyimin səbəbi elə bu yazıçıdır. Kenneth Milton Grimwood. Mənim də ilk oxuduğum kitabı Sil baştan'dır. Kitaba başlayanda saatlarca əlimdən buraxa bilmədim. Hətta hava qaralanda yerimdən qalxıb otağın işığını belə yandırmırdım. Zamanda yolculuq heç bu qədər zövq verici olmamışdı. Kitabın qəhrəmanı Jeff Winston həyatını sil baştan yaşamaq şansını qazanır. Özdə dəfələrlə. Öldüyündə 43 yaşında, ofisində idi. Yenidən oyandığında isə 18 yaşında universitet yataqxanasında idi. Hər şey əvvəlki kimidir. Tək bir şey xaricində: Jeff gələcəyi ovucunun içini kimi bilir. Başlarda hər şey qaydasında gedir. Keyif verici idi. Jeff bunun sayəsində futbol liqası maçtlarına, at yarışlarında kimin qazanacağını bilir. Bunun sayəsində böyük pullar qazanır. İş sahəsində hansı işlərə pul yatırması gərəkdiyini bilir.
Amma bilmədiyi bir şey var. Niyə həyatını “sil baştan” yaşamaq məcburiyyətindədir?

Belə. Kitab çox maraqlıdır. Oxusanız zövq alacağınızdan ənimən.

Biraz da yazar haqqında..

Ken Grimwood (Kenneth Milton Grimwood) 27 fevral 1944 tarixində Dothan, Alabama’da doğulan Amerikalı yazardır. Və təəssüf ki, 6 İyun 2003-cü ildə daha 59 yaşındaykən vəfat etmişdir.

Kitablarında elm fantastikanı macəra ilə birləşdirib müdhiş bir "aksiyon" təqdim etmişdir. Darıxdırıcı elm fantastikaları oxunası hala gətirmiş və axıcı dili sayəsində kitabı asanca bitirirsiniz.
Kitablarını hissələr halında, qəhrəman dünyagörüşündə yazır yazar. Bəzi yerlərində İlahi dünyagörüşü var. Hissələr fərqli hekayələrmişcəsinə, trailer havası verir sizə. İlk 100-200 səhifə sabit irəliləyərkən son səhifədə belə sizi heyran buraxacaq dönüşlər edə bilir. Bir saytda yazılır: “Kuru gürültü aksiyon,cıvık aşklardan bıktıysanız, hepsinden güzeli kesinlikle :Ken Grimwood.”
Kitablarını yazarkən - Alan Cochran - adından da istifadə etmişdir. Bu günə qədər nəşr olunmuş, bilinən kitabları 6 dənədir.
Kitabları..
Kayboluş (Breakthrough, 1976)
Zaman Çarkı (Elise, 1979)
Two Plus Two (1980)
The Voice Outside (1982)
Sil Baştan (Replay, 1987)
Into the Deep (1995) .

Bu yazar haqqında haqqında yazmağıma səbəb bu yaxınlarda onunla bağlı öyrəndiyim bir iki faktdır.. Belə ki, yazarın ən çox səs gətirən kitablarından olan Replay(Sil baştan) yazarın həyatı ilə bütünlük təşkil edir. Kitabda qəhrəman..
Jeff Winston: Radio jurnalistikasıyla məşğul olar, infarkt səbəbiylə həyatını itirər.
Ken Grimwood: Eyni şəkildə radio jurnalistikasıyla məşğul olar, yenə eyni şəkildə infarkt səbəbiylə həyatını itirər.

Yazar həm də bu kitabına görə 1988-ci ildə World Fantasy Award qazanmışdır.

Daha bir öyrəndiyim (üzücü) fakt isə, yazar 2003-cü ildə “Replay(Sil baştan)” kitabının davamını yazdığı vaxtda həyatını itirmişdir..


Mərhum yazar haqqında söyləyəcəklərim deyəsən bu qədər. Son olaraq buradan Ken bəy’in ruhuna səslənirəm ki, “Mən sənin tərcümə olunmuş bütün kitablarını oxuyacam. Tərcümə olunmasalar da dil öyrənib oxuyacam. Sevgilərimlə, sizə vurğun olan oxuyucunuz Cavid”

Gülümsəmək | Cavid Mehdiyev

:) . Gülümsəyirik. Elə anlar olur ki, əlimizdən gələn tək şey- gülümsəməkdir. Xoşladığın bir mahnıya qulaq asanda gülümsəmək istəyirsən. Kitab oxuyarkən gülümsədiyin səhnələr olur. Film izlərkən də. Birini, birilərini düşünərkən gülümsəyirsən. Dost əhatəsində olarkən sevincli gülümsəyirsən. Dəyər verdiyin biriləri ilə danışarkən, birgə vaxt keçirərkən özünü xoşbəxt hiss edib gülümsəyirsən. Yolda aralarında gerçək sevgi gördüyün cütlük(yaş fərqi olmadan) gördükdə gülümsəmək. Bir növ onların sevgisini sən də hiss edirsən. Ya da küçədə, nəqliyyat vasitələrindəki insanların üzündəki "bir şeylərdən narazı" ifadəsini gördükdə onlar kimi görünməmək üçün gülümsəmək. Gülüşümüzü paylaşmaq. Gülümsəməyinizi gizlətməyin, dostlar. Bir şey itirməzsiniz. Əksinə qazanarsınız. Bəlkə də - elə bəlkəsiz- birilərinin həqiqətən məsum bir gülümsəməyə ehtiyacı vardır. 

İstəməyim | Cavid Mehdiyev


Əgər biz bir gün yenə görüşsək, dəyişil.
Məsələn gözlərin. Dəyişilsin. Başqa rəng olsun, və mən o gözlərdə boğulmaq istəməyim.
Saçların. Ya rəngi dəyişilsin, ya da heç saçların olmasın. Külək dağıtdıqca mən o saçlar düzəltmək istəməyim. Mən o saçları sığallayıb, oxşamaq istəməyim.
Sonra üzünü də dəyişdir. Mənə qəribələşsin, yadlaşsın. Üzünü əllərimin arasına almaq istəməyim.
Qoxunu dəyişdir, məsələn. Küləyin burnuma gətirdiyi qoxunu. O da dəyişsin. Mən o qoxuda sərxoş olmaq istəməyim.
Dodaqların, yanaqların dəyişilsin. Mən onlari öpmək istəməyim.
Əllərin dəyişilsin. Barmaqlarını mənimkilərlə sım-sıxı birləşdirib bir əl yaratmaq istəməyim.
Ayaqların. Dəyişsin. Başımı dizlərinə qoyub dincəlmək, yatmaq istəməyim.
Ya sən ümumiyyətlə dəyiş. Ya da sən heç var olma.
Və mən də bu dünyada olmaq istəməyim..

27 Kasım 2012 Salı

Ağlamaq | Cavid Mehdiyev

‎:'( . Dünən gülümsəməkdən yazmışdım. Bu dəfə niyə ağlamayaq ki?! Hə, ağlayaq. Çəkinmədən. Kimsələrdən utanmadan. Öncəliklə bunu öyrənək ki, Gözyaşı cinsiyyət seçimi etmir.
Yenə, elə anlar olur ki, sadəcə ağlamaq istərik. Dinləməkdən doymadığımız o həzinli mahnılar. Mahnı oxuyar, sən ağlayarsan. Oxuduğun kitabda ya baş qəhramanın ya da başqa birinin faciəsinə ağlayarsan. Filmlərdə olan səhnələrə də. Keçmişi, beynində ilişib qalan acı keçmişi xatırlayıb.. ağlayarsan. Dost'unun dərdinə şərik olub onunla ağlarsan.
Və bir gün dəyər verdiyin biri ilə...
Yolda aralarında - biri-birinə gerçək sevgi ilə baxan gözlər arasında - sevgi görməzsən. Ağlamasan da içinə pis bir hiss düşər. Həyata sevgin ölər. Ya da küçədə, nəqliyyat vasitələrindəki insanların həddsiz xoşbəxt üzləri ilə rastlaşarsan. Onları anlaya bilmədiyin üçün, xoşbəxt olmadığın üçün gözyaşlarını sərbəst buraxarsan. Gözyaşlarımızı paylaşmaq. Amma ən əsası belə birini tapmaq. Gözyaşlarınızı da gizlətməyin. Biri sizi o halda görsə "nə fikirləşəcək?" deyə düşünməyin. Onların hamısının canı cəhənnəmə. Ola bilər mi ki, birilərinin sizin gözyaşlarınıza ehtiyacı olsun?! Ola bilər..
Yuxarıda fikrim yarımçıq qalmışdı - "Və bir gün dəyər verdiyin biri ilə..."
Əlvida günü. Həyatına O'nsuz davam edəcəyin günlərin ilk günü. İlk'ləri heç sevməmişəm. Uzun müddət olsun qısa müddət olsun fərq etməz. Çünki O'nunla birgə olduğun günlərin, O'nu hiss etdiyin günlərin hesabını tutmazsan. Zaman vecinə olmaz. Amma O'nunla uzaqlaşdığın günü, zamanı, anı heç unutmazsan. O mu səni tərk edir sən mi onu? Fərq etməz. Ayrılıq elə ayrılıqdır. Əvvəllər paylaşdığınız eyni bir şəhər var idi. Bu gündən sonra isə o da olmayacaq daha. Ayrı bir şəhər. Yenə sağolsun, sənin hava limanına qədər gəlməyinə etiraz etmir. Son dəqiqələriniz. Birgə.
...
Budur! Daha O getdi. Təyyarənin qalxışını izləyərsən. Gözdən itənəcən boş-boş onun arxacınca baxarsan. Sonra.. Ağlayırsan. Aylayırsan.. Yenə, yenə..
Və sonra evə gəlib bu sözləri yazarsan. Artıq sadəcə edə biləcəyin şey budur.. Və də Ağlamaq..

25 Kasım 2012 Pazar

Heçnə

İndi elə bir vəziyyətdəyəm ki, onu sözlərə çevirə bilmirəm.
Yorğunluq?
Bezginlik?
Çarəsizlik?
Nə? Bilmirəm necəyəm.
Ağlımdan keçirirəm ki, yanımda olasan.
Həmişəki kimi danışa bilməyək.
Başımı ya sənin çiyninə ya da dizlərinə qoysam.
Sən əllərinlə saçlarımı oxşasan
Bəlkə bu adını bilmədiyim,
Məni yoran hiss'dən qurtularam.
Səncə bunun bir köməyi dəyər?!
Ya da artıq havalar soyuyur. Sobalar yanır evlərdə.
Oturaq sobanın yanında.
İstədiyimiz qədər danışaq. İstədiyimiz qədər susaq.
Sonra lazım gəlsə bir-birimizin gözü qabağında göz yaşlarımızı sərbəst buraxaq. Olmaz?
Bilirəm.
Axmaqlayıram.

24 Kasım 2012 Cumartesi

Eyniliklər


“Eyni”lərimiz çoxdu. Çox insanlar özləri eynilik yaratmağa can atır. Mən elə eləməyəcəm. Mən fərqli eynilikləri nəzərdə tuturam. Bizim yaratmadığımız eyniliklər. Məsələn?
Eyni planeti paylaşırıq. Yer planetindəyik. Eyni zamanda yaşayırıq. Yəni 2012-ci ildəyik. Noyabr ayındayıq. Eyni günlərimiz var, birlikdə olmasaq da. O həmin günlərin gecələrini paylaşırıq. Eyni Ay’ı görürük. Bəlkə də eyni zamanda ona aşiqik. Nə də olmasa gecələr azad oluruq. Xəyallarımız azad olur, düşüncələrimiz. Göz yaşlarımız azad olur. Eyni Ay’a  baxıb hər şeyimizi onunla bölüşürük. Səsli olaraq danışmırıq, çünki o bizi eşidir. Söhbətimiz bitəndən sonra – təxminən elə söhbətimiz də eyni vaxtda qurtarır – yatmağa hazırlaşırıq, eyni yatağı paylaşmasaq da. Yatırıq.. Yatırıq. Və..
Eyni günlərin sabahları oyanırıq. Oyanma saatlarında fərq olsa da eybi yox. Durduğumuz an eyni şeyi edirik ya da etmirik. Əvəzedilməzimiz olan çayı içirik. Universitetlərimizə yollanırıq. Eyni Günəş’in nəfəs aldırmayan istisindən bezirik. Eyni avtobusdan, dayanacaqdan istifadə etməsək də eyni metrodan, stansiyalardan istifadə edirik. Bezdirici insan kütləsinə eyni lənətləri deyirik. Sonrakı bir neçə saat eyniliklərimiz olmaya bilər. İstirahət eləsinlər də!
Saatlar sonra.. Yenə metro hekayəsi. Bu dəfə də eyni stansiyadayıq. Bir-birinə əks olan qatarları gözləyirik. Orada.. varlığımızdan xəbərsiz..
Yenə evə gəlirik, yenə eyni şeylər.. Gecə. Azadlıq. Yuxu. Sabah...

9 Ağustos 2012 Perşembe

Sevgi



Sevgi = Axmaq davranışlar?!

Normal vəziyyətdə insanlar (təbii ki, normal insanlar) özlerini kənardan izləməyi bacarırlar. Beləcə onlar etdikləri yaxşı-pis hərəkətləri ölçüb-biçirlər. Əgər yaxşı bir şey ediblərsə özləri ilə fəxr edər, fəqət etdiyi yaxşılıqlarla başqalarının yanında öyünməzlər. Və əgər pis bir şey ediblərsə bu səhvi düzəldər və bu səhvdən dərs götürərlər...

Amma insan həyatında bir dövr var ki, (hətta bu, ömürlərinin axırına qədər çəkə bilər) o bunu (yəni, özünü kənardan izləməyi) ya bacarmaz ya da vaxtı olmaz, xatırlamaz... Bu dövrə ad qoysaq "birini sevdiyin dövr" də demək olar. Artıq "siz" bu dövrdən əvvəlki "siz" deyilsiniz. Bu zaman birisi sənin üçün ən qiymətli olar. Ondan başqası elə də qiymətli sayılmaz. Davamlı olaraq, hətta, hər an onunla olmaq, bütün zamanını onunla xərcləmək istərsən. Onun üçün vazgeçə bilmədiyin şey olmaz. Çünki onun yanında özünü xoşbəxt hiss edirsən (yaxud da xoşbəxt olduğunu zənn edirsən)...
Normal olaraq onunla sözünüzün üst-üstə düşmədiyi vaxtlar da olacaq, aranızda dadsız şeyler olacaq. İstəyərəkdən yaxud istəməyərəkdən bir-birinizə heç də xoş olmayan sözlər deyəcəksiniz. Bir sözlə, necə deyərlər, aranızda "qırğınlar" olar.. .

Bir qərar verərsiniz..Sağlam yaxud da sağlam olmayan düşüncəylə.. Bu - bir-birinizdən uzaq qalmaq; qərarıdır.. Bunu həyatında verdiyin ən doğru qərar olduğunu hesab edərsən.. Belə də olar – bir-birinizdən uzaqlaşarsınız...
Və budur..!!! Sən onu unutmağa çalışarsan.. Ona verdiyin dəyər qədər dəyərli deyil, tam əksine, onun dəyərsiz biri olduğunu özünü inandırmağa çalışarsan.. İnanarsan da! Çünki insanoğlu birisi haqqında yaxşı düşüncədənsə pis düşüncəyə tez və rahatca inanar.. Bu da insanoğlunu “təbiəti”, neyləyəsən”?!!!

Bu zaman sənin "bu dövrə"(birini sevdiyin dövrə) girməzdən əvvəl itirdiyin bacarıq sənə qayıtmağa başlar.. Yəni artıq özünü kənardan izləyə bilirsən. Onunla elədiyin şeyləri, birgə keçirdiyin anları xatırlayarsan.. Və.. dilindən bu sözler sürüşüb çıxar. "AXMAQLIQ!!!" , "Mən necə də AXMAĞAM..!!!" ... Ondan uzaqlaşmaqla necə doğru bir qərar verdiyini düşünərsən...Amma...Bu uzaqlıq çox uzun çəkməz...Onu geri istəyərsən... Geri!!! Yoxsa buna "Bağlanmaq" da mı deyək?! Bilmirəm, bəlkə də..!! Bir-birinizdən uzaq dura bilmədiyiniz üçün...və yenə siz bir yerdəsiniz.

Və yenə sənin "bacarığın" səndən uzaqlaşar... ("bacarıq"in nə olduğunu xatırlamadınızsa bir də deyim: "özünüzü kənardan izləmək"...)

Hə! Belə!.. Bu vəziyyət sizdə çooox təkrarlanacaq...!!

Qeyd.1: Sən bu yazını oxuyanda burda yazılanların  səndə də baş verdiyini heç cürə qəbul eləməzsən.. Edə bilməssən də..! Çünki, əgər qəbul etsən onu özündən uzaqlaşdıracaqsan.! Bu da sənə heç xoş gəlməz.. Onunla biryerdəliyinə davam edəcəksən.. Bunu ona görə edəcəksən ki, onnan uzaq qala bilmirsən..O sənin üçün artıq hər şey olub.. sadəcə və sadəcə "O".!!!!

Qeyd.2: Burda yazdıqlarımı oxuyub, həmin an o düşüncəyə qapılmayın ki, Cavid sevgini pisləyir.  . Dəli olmayın! Sevgini pisləmək - bu mənim tərəfimdən sadəcə dəlicə bir hərəkət olar...Sevgi! Bu ki, reallıq, gerçək'dir. Santa Klaus deyil.!  . Belə də bir söz(ya da ifadə deyək) var ki: "Axmaqca görünməyi qəbul edə bilməyən, sevgini haqq etmir, buna layiq deyil.!! Bu haqqı qazanmaq, layiq olmaq lazımdır.. Sevin Sevilin..! Sevirsiniz? Sevilirsiniz? O zaman sevişin! Çünki həyat çox qısa..


Bunu mən həmişə çox sevdiyim insanlara diləyirəm: "Sevdiyinizlə Sevgiliniz eyni biri olsun.!!"


Sevgilərlə Cheko (Cavid)...